Surə 28 · Cüz 20
Al-Qasas · 28:7
وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ
7. Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”– deyə vəhy etdik.
Təfsir
Biz Musanın anasına ilham edərək belə buyurduq: "Firon və qövmünün onu öldürməsindən qorxduğun müddətə qədər onu əmizdir, onun həyatı üçün bir təhlükə hiss etdikdən isə onu sandığa qoyub Nil çayına burax, onun suda boğulmasından, Firon və ya onun qövmüdən qorxma, həmçinin, ondan ayrıldığına görə kədərlənmə, qəm-qüssə etmə. Çünki Biz onu sənə sağ-salamat qaytaracaq və onu insanlara göndərdiyimiz elçilərdən biri edəcəyik!"