Surə 28 · Cüz 20
Al-Qasas · 28:66
فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنْبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ
66. O gün xəbərlər onlardan gizli qalacaq. Onlar bir-birindən heç bir şey soruşa bilməyəcəklər.
Təfsir
Qiyamət gün özlərinə hüccət gətirmək istədikləri dəlilləri onlara gizli qalacaq və o dəlillərdən heç bir şey xatırlaya bilbəyəcəklər. Onlar əzaba düçar olduqlarını yəqinliklə bildiklərinə görə Qiyamətin heybətindən bir-birindən heç bir şey soruşa bilməyəcəklər.