Surə 28 · Cüz 20
Al-Qasas · 28:64
وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ
64. Müşriklərə: “Şəriklərinizi çağırın!”– deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.
Təfsir
Qiyamət günü müşriklərə: "Haydı şəriklərinizi çağırın onlar sizi düşdüyünüz bu rəzalətdən xilas etsinlər!" – deyiləcək. Müşriklər də onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar orada özləri üçün hazırlanmış əzabı görüncə, dünya da olub, doğru yol tutub getmilərini arzu edəcəklər.