Surə 28 · Cüz 20
Al-Qasas · 28:61
أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ
61. Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü Cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilər?
Təfsir
Axirət həyatında, Cənnət və oradakı əbədi nemətləri və sonda ora daxil olacağını vəd etdiyimiz kimsə, dünya həyatının keçici zövqünü və naz-nemətini bəxş etdiyimiz sonra da qiyamət günü Cəhənnəmə varid ediləcək kimsə ilə eyni ola bilərmi?!