Surə 28 · Cüz 20

Al-Qasas · 28:4

إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ ۚ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ

4. Həqiqətən, Firon yer üzün­də təkəb­bürlük göstərib onun əha­li­sini zümrə­lərə bölmüşdü. Firon onlardan bir züm­rəni zə­if­lədir, on­ların oğlan uşaqları­nı öldürür, qadınlarını isə sağ bu­raxırdı. Hə­qi­qətən, o, fitnə-fəsad törədənlərdən idi.

Təfsir

Həqiqətən Firon, Misir torpaqlarında tüğyan edərək, onun əha­li­sini öz aralarında ayrı-ayrı tayfalara bölmüş, onlar içində İsrail oğullarını zəif görüb, on­ların oğlan uşaqları­nı öldürüb, onları Misirdə zəlil bir hala salmaq məqsədi ilə qadınlarını isə özlərinə xidmət etmək üçün sağ buraxırdı. Hə­qi­qətən, o, yer üzündə zülm və tüğyan edərək fitnə-fəsad törədənlərdən idi.

Oxuyucuda aç - Surəni tam oxu