Surə 28 · Cüz 20

Al-Qasas · 28:38

وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ فَاجْعَلْ لِي صَرْحًا لَعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ

38. Firon dedi: “Ey əyanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün palçı­ğın üzə­rində od qa­la və bir qüllə düzəlt ki, Musanın məbudu­nun yanı­na qal­xım. Mən, hə­qi­qə­tən də, onu yalançı­lardan hesab edirəm.

Təfsir

Firon üzünü qövmünün kübar təbəqəsindən olanlara tutaraq belə dedi: "Ey zadəğan və hörmətli insanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün daşlaşıb biri-birini möhkəm yapışana qədər palçı­ğın üzə­rində od qa­layıb və bununla mənə yüksək bir qüllə düzəlt ki, bəlkə bununla Musanın məbudu­nun yanı­na qal­xıb, Onu gördüm. Çünki həqiqətən də mən, Musanın, Allahın mənə və qövmümə göndərdiyi bir peyğəmbər olduğuna dair iddiasında bir yalançı olduğunu hesab edirəm!"

Oxuyucuda aç - Surəni tam oxu