Surə 28 · Cüz 20

Al-Qasas · 28:29

۞ فَلَمَّا قَضَىٰ مُوسَى الْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِنْ جَانِبِ الطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ

29. Musa müddətini başa vu­rub ailəsi ilə birlikdə yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: “Da­ya­nın! Mən bir od gör­düm. Mən ondan sizə bir xəbər və ya bir köz gə­ti­rə­rəm ki, qızına­sınız”.

Təfsir

Musa onillik xidmət müddətini başa vu­rub ailəsi ilə bərabər Mədyəndən Misirə doğru yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: "Da­ya­nın! Mən bir od gör­düm. Bəlkə mən, ondan sizə bir xəbər və ya od qalamanız üçün sizə bir köz gə­ti­rə­rəm ki, sizdə od qalayıb soyuqdan qızına­sınız!"

Oxuyucuda aç - Surəni tam oxu