Surə 27 · Cüz 20
An-Naml · 27:84
حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُمْ بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنْتُمْ تَعْمَلُونَ
84. Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?”
Təfsir
Onlar haqq-hesab ediləcək yerə qədər gətiriləcək və nəhayət Allahın hüzurunda dayandıqları zaman uca Allah onlara tənə və məzəmmət edərək belə deyəcəkdir: "Mənim vəhdaniyyətimə dəlalət edən və şəri hökmlərimi açıq-aydın izah edən ayələrimin, batil olduğuna dair bir bilginiz olmadığı bir halda, onları yalanmı sayırdınız?! Yoxsa dünyada ikən ayələrimizi təsdiq və ya təkzib barədə nə edirdiniz?!"