Surə 27 · Cüz 20
An-Naml · 27:66
بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ
66. Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.
Təfsir
Yoxsa onların axirət barədə olan elmləri artıb və beləcə də onun bir həqiqət olduğuna yəqinmi oldular? Xeyir, heç də belə deyildir. Onlar axirət barəsində şəkk-şübhə içindədirlər, üstəlik axirət barədə düşünüb dərk etməkdən bəsirət gözləri də kor olmuşdur!"