Surə 27 · Cüz 20
An-Naml · 27:59
قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ
59. De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?
Təfsir
Ey Peyğəmbər! De: "Bizə bəxş etdiyi nemətlərə görə Uca Allaha sonsuz həmd-sənalar olsun. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun əshabını Lut və Saleh qövmünə göndərilən əzabdan salamat etsin! Ey müşriklər! Hər bir şeyin mülkü əlində olan, haqq məbud, Uca Allahmı yaxşıdır, yoxsa müşriklərin ibadət etdikləri, heç bir fayda və ya zərər verməyə qadir olmayan məbudları?!