Surə 27 · Cüz 19
An-Naml · 27:52
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ
52. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət var.
Təfsir
Bu onların evləridir, divarları uçub dağılmış, zülümləri səbəbiylə əhalisinin içində yaşamayacağ bir hala düşmüşdür. Şübhəsiz ki, zülümləri səbəbindən onların başına gələn bu əzabda iman edən qövm üçün bir ibrət var. Çünki kafirlərin başlarına gələn müsibətlərdən ibrət alanlar elə məhz onlardır!