Surə 27 · Cüz 19
An-Naml · 27:47
قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَنْ مَعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِنْدَ اللَّهِ ۖ بَلْ أَنْتُمْ قَوْمٌ تُفْتَنُونَ
47. Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz”.
Təfsir
Salehin qövmü haqqa qarşı inadkarlıq edərək ona belə dedi: "Biz sənin və səninlə birlikdə olan möminlərin üzündən uğursuzluğa uğradıq". Saleh - aleyhissəlam - onlara dedi: "Başınıza gələn sıxıntılar ucbatından sizə fərəc gətirmək üçün uçurtduğunuz quşların elmi Allah yanındadır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Əksinə, siz, sizə verilən nemətlərlə və başınıza gələn müsibətlərlə sınağa çəkilən bir qövmsünüz".