Surə 27 · Cüz 19

An-Naml · 27:42

فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ

42. Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!”

Təfsir

Səba hökmdarı Süleymanın yanına gəldiyi zaman onu imtaham etmək üçün ona: "Sənin tax­tın bu cür­dürmü?" – deyildi. Qadında ondan soruşulan sualın eynisi ilə cavab verərək: "De­yəsən odur!" – dedi. Bunun ardından Süley­man ona belə dedi: "Uca Allah bundan əv­vəl də bu kimi işlərə qadir olması barədə bizə elm ve­ril­miş və biz də Allahın əmrinə boyun əyərək Ona tabe olmuşuq!"

Oxuyucuda aç - Surəni tam oxu