Surə 27 · Cüz 19

An-Naml · 27:40

قَالَ الَّذِي عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَٰذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ

40. Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”

Təfsir

Süleymanın yanında, kitabdan elmi olan və həmçinin Allahın əzəmətli adı ilə dua etdikdə dua dərhal qəbul olan o əzəmətli adını bilən saleh və bilikli bir kişi isə belə dedi: "Mən onun taxtını gözünü açıb yumanadək, Allaha dua edərək sənə gətirərəm!". Bunun ardından o Allaha dua etdi, Allahda onun duasına dərhal icabət etdi. Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi belə dedi: "Bu, mənə bəxş edilən nemətlərə şükürmü yoxsa nankorluqmu edəcəyimi imtaha etmək üçün uca Rəbbimin mənə olan bir lütfün­dəndir! Kim Allaha şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar. Çünki Allah zəngindir, kiminsə Ona şükür etməsi Allaha heç bir fayda verməz. Kim də nankorluq edib, Allahın nemətlərinə şükür etməzsə, bilisin ki, Rəbbimin onun şükrünə ehtiyacı yoxdur və O kərəm sahibidir. Nankorluq edən kimsələrə nemətlər verməsi də, Onun kərəmindəndir!"

Oxuyucuda aç - Surəni tam oxu