Surə 27 · Cüz 19

An-Naml · 27:37

ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ

37. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!”

Təfsir

Süleyman - aleyhissəlam - hökmdar qadının göndərdiyi elçiyə belə dedi: "Gətirdiyin hədiyyələrlə birlikdə onların yanına geri dön! Əgər onlar əmrimə tabe olub, boyun əyərək yanıma gəlməsələr, Biz o hökmdarın və onun qövmünün üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib, onları Səba məmləkətindən izzət və cah-cəlal içində yaşadıları bir halda zəlil və al­çalmış və­ziy­yətdə çıxardacağıq!"

Oxuyucuda aç - Surəni tam oxu