Surə 27 · Cüz 19
An-Naml · 27:31
أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ
31. Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»
Təfsir
(Məzmunu belədir): "Əsla mənə qarşı təkəbbür göstərməyin. Tək Allaha ibadət etmək və Ona qoşduğunuz şərikləri tərk etmək adından sizlərə etdiyim bu dəvətimi qəbul edərək yanıma müsəlman olaraq gəlin! Çünki siz, uca Allahı buraxıb günəşə ibadət edirsiniz."