Surə 27 · Cüz 19

An-Naml · 27:24

وَجَدْتُهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ

24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər.

Təfsir

Mən bu qadının və qövmünün uca Allahı qoyub günəşə səcdə etdikləri­nin şahidi oldum. Şey­tan onlara, Allaha şərik qoşmalarını və günah əməllərini öz­lə­rinə gözəl gös­tər­miş, beləcə, onları haqq yol­dan azdırmışdır və elə bu üzdən onlar haq­q yolunu tapa bil­mirlər.

Oxuyucuda aç - Surəni tam oxu