Surə 27 · Cüz 19
An-Naml · 27:22
فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطْتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِنْ سَبَإٍ بِنَبَإٍ يَقِينٍ
22. Çox keçmədən hüdhüd gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
Təfsir
Çox keçmədən hüdhüd gəldi və Süleymana - aleyhissəlam - belə dedi: "Mən, sənin bilmədiyin önəmli bir şeyi öyrəndim və sənə Səba əhlindən doğru və şübhə olmayan bir xəbər gətirdim!