Surə 27 · Cüz 19

An-Naml · 27:16

وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ

16. Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür”.

Təfsir

Süleyman atası Davuda peyğəmbərlikdə, elmdə və mülkdə varis oldu. O, uca Allahın ona və atasına bəxş etdiyi nemətindən bəhs edərək belə dedi: "Ey in­san­lar! Allah bizə quşların dilini öy­rətdi və O bizə peyğəmbərlərə padşahlara verdiyi hər şeydən ve­­rdi. Şübhəsiz ki, uca Allahın bizə bəxş etdiyi bu nemətlər, bizə gös­tə­rilən açıq-aşkar üstünlük və fəzilətdir!"

Oxuyucuda aç - Surəni tam oxu