Surə 27 · Cüz 19
An-Naml · 27:13
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ
13. Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər.
Təfsir
Nəhayət, Müsanın, həqiqətən də, Allah tərəfindən olduğuna dəlalət edən möcüzələrimiz onlara açıq-aşkar bir şəkildə göstərildikdə: "Musanın gətirdiyi bu möcüzələr, açıq-aydın bir sehrdir!" – dedilər.