Surə 27 · Cüz 19
An-Naml · 27:11
إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ
11. Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!
Təfsir
Ancaq, kim günah etməklə öz nəfinə zülüm edər və bundan sonra da tövbə edərsə, bilsin ki, Mən onu bağışlayaram və ona mərhəmət edərəm!