Surə 27 · Cüz 19

An-Naml · 27:1

طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ

1. Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir.

Təfsir

﴾Ta. Sin!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir. Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, Quran ayələridir. Bu, içərisində heç bir qarışığlıq olmayan açıq-ay­dın bir kitabdır. Kim onu tədəbbür edərək oxuyarsa, onun həqiqətən də Allah qatından nazil edildiyinə əmin olar.

Oxuyucuda aç - Surəni tam oxu