Surə 25 · Cüz 19
Al-Furqan · 25:77
قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا
77. De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaq!”
Təfsir
Ey Peyğəmbər! Küfrdə israr edən kafirlərə de: "Sizin ibadətlərinizdən Rəbbimə çatan hər hansı bir fayda yoxdur ki, O, sizə önəm yersin. Əgər ibadətiniz, Ona yalvarıb-yaxarmanız və nəzir-niyazınız olmasaydı, O sizə əsla önəm verməzdi. Siz, Peyğəmbərin sizə Rəbbiniz tərəfindən gətirdiyini yalan saydınız. Yalan saymanızın əvəzi olaraq daimi əzab sizinlə birgə olacaqdır!"