Surə 25 · Cüz 19
Al-Furqan · 25:68
وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا
68. Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.
Təfsir
Rəhmanın həqiqi qulları Allahla bərabər başqa ilaha dua etməzlər. Onlar Allahın öldürülməsinə izin verdiyi: qatilin, mürtədin və evli olduğu halda zina edən kimsələrin öldürülməsi müstəsna olmaqla, uca Allahın haram buyurduğu bir kimsəni haqsız yerə öldürməzlər və zina etməzlər. Kim bu böyük günahları edərsə, qiyamət günü işləmiş olduğu günahının cəzasını görəcəkdir.