Surə 25 · Cüz 18

Al-Furqan · 25:4

وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًا

4. Kafirlər: “Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyil. Ona bu işdə baş­qa adamlar da kömək et­miş­lər”– de­di­lər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər.

Təfsir

Allah və Onun Rəsuluna iman etməyib kafir olanlar: "Bu Quran, Muhəmmə­din bir iftira olaraq uydur­ub sonra onu Allah nisbət etdiyi yalandan başqa bir şey deyildir. Ona bu işdə baş­qa insanlar da kömək et­miş­lər" – de­di­lər. Bu kafirlər, batil söz söyləməklə haq­sız­lı­ğa və iftiraya yol ver­dilər. Bu Qurqan, Allahın kəlamıdır. Hər hansı bir bəşər övladının, yaxud bir cinin Qurana bənzər bir kitab gətirməsi əsla mümkün deyildir.

Oxuyucuda aç - Surəni tam oxu