Surə 25 · Cüz 19
Al-Furqan · 25:29
لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا
29. Çünki Zikr mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
Təfsir
Çünki Quran mənə Peyğəmbər vasitəsi ilə çatdıqdan sonra o kafir dostum məni Qurandan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı daima zəlil və rüsvay edər. İnsanın başına əməllərindən dolayı bir müsibət gəldikdə isə ondan uzaq durub özünü təmizə çıxarar.