Surə 25 · Cüz 19
Al-Furqan · 25:27
وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا
27. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Təfsir
Ey Peyğəmbər! O gün zalım kimsənin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olmaması səbəbi ilə böyük peşmançılıqlarından dolayı iki əllərini çeynəyərək: "Kaş, mən Rəbbim tərəfindən göndərilən Peyğəmbərə tabe olub, onunla bərabər qurtuluşa doğru bir yol tutsaydım" - deyəcəyini xatırla!