Surə 25 · Cüz 18
Al-Furqan · 25:16
لَهُمْ فِيهَا مَا يَشَاءُونَ خَالِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَسْئُولًا
16. Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir.
Təfsir
Bu Cənnətdə onlar üçün istədikləri hər şey vardır. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və mömin qullarının da onu yerinə yetirməsini arzu etdikləri bir vədidir. Allahın vədi mütləq gercəkləşəcəkdir. O, vədindən əsla dönməz.