Surə 24 · Cüz 18
An-Nur · 24:6
وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُنْ لَهُمْ شُهَدَاءُ إِلَّا أَنْفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ
6. Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması,
Təfsir
Arvadlarını zinada günahlandırıb və arvadını günahlandırdığı şeyin doğru olmasına dair özlərindən başqa şahidləri olmayanların kişilərə gəlincə, onlardan hər biri, arvadını günahlandırdığı zinada özünün doğru danışanlardan olmasına dair dörd dəfə (əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) Allahı şahid tutmalıdır.