Surə 24 · Cüz 18
An-Nur · 24:22
وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَىٰ وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ ۖ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا ۗ أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
22. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Qoy aranızda dində fəzilət və mal-dövlət baxımından sərvət sahibləri olanlar ehtiyacı olan yaxınlarına -fəqirlik içində yaşayan və Allah yolunda hicrət edən- işlətdikləri günahdan dolayı yardım etməyəcəklərinə dair and içməsinlər. Qoy onları əfv edib, xətalarını bağışlasınlar. Məgər siz onları əfv edib, xətalarını bağışladıqda, uca Allahın sizin günahlarınızı bağışlamasını istəmirsinizmi?! Allah tövbə edən qullarına qarşı bağışlayandır və onalara qarşı mərhəmətlidir. Qoy Allahın qulları, Allahın bağışlamasından özlərinə örnək götürsünlər. Bu ayə, Mistah bin Usasə -Allah ondan razı olsun- Aişəyə -Allah ondan razı olsun- atılan böhtanda iştirak etdiyi üçün, Əbu Bəkir -Allah ondan razı olsun- bir daha ona yardım etməyəcəyinə dair and içdiyinə görə nazil edilmişdir.