Surə 24 · Cüz 18
An-Nur · 24:13
لَوْلَا جَاءُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاءِ فَأُولَٰئِكَ عِنْدَ اللَّهِ هُمُ الْكَاذِبُونَ
13. Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.
Təfsir
Möminlərin anası Aişəyə - Allah ondan razı olsun - bu böyük iftiranı atanlar, qoy ona nisbət etdikləri bu iddianın doğruluğuna dair şahidlik edən dörd şahid gətirsinlər. Əgər onlar bu iddialarının doğruluğuna dair dörd şahid gətirməzlərsə - onlar bunu heç vaxt gətirə bilməyəcəklər də - deməli onlar, Allahın hökmünə əsasən əsl yalançı olanlardır.