Surə 24 · Cüz 18
An-Nur · 24:1
سُورَةٌ أَنْزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنْزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَعَلَّكُمْ تَذَكَّرُونَ
1. Bu, Bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.
Təfsir
Bu, nazil etdiyimiz, hökmlərinə əməl etməyi sizə vacib buyurduğumuz, düşünüb, bu surədə olan əhkamlara əməl edəsiniz deyə içərisində açıq-aydın ayələr nazil etdiyimiz bir surədir.