Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:88
قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
88. De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Təfsir
Onlara de: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin mülkü əlində olan, mülkündə heç bir şey Onun ixtiyarından kənara çıxa bilməyən, qullarından istədiyini himayə edib, yardım edən və pislik etmək istədiyi kimsəni də Allahdan başqa onu bu pislikdən qoruyub, əzabı ondan dəf edə bilməyən kimdir?"