Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:85
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ
85. Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almırsıniz?”
Təfsir
Onlar: "Yer üzü və yer üzünün üzərində olanlar bütünlüklə Allaha aiddir!"– deyəcəklər. Elə isə sən onlara belə de: "Yer üzü və yer üzünün üzərində olanların bütünlüklə Özünə məxsus olan Allahın, öldükdən sonra sizləri yenidən diriltməyə qadir olduğunu düşünmürsünüz?!"