Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:80

وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ

80. Dirildən də, öldürən də Odur. Ge­cə ilə gündüzün bir-birini əvəz et­məsi Ona aiddir. Məgər bunu anla­mır­sı­nız?

Təfsir

Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla ge­cə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!

Oxuyucuda aç - Surəni tam oxu