Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:77
حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ
77. Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
Təfsir
Sonda şiddətli əzab qapısını onların üzünə açdığımız (Bədr döyüşündə onları məğlub etdiyimiz) zaman onlar özlərinin bu bəladan əsla qurtara bilməyəcəklərini dərk edib və xeyirə olan bütün ümidlərini kəsdilər.