Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:71
وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُعْرِضُونَ
71. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
Təfsir
Əgər Uca Allah kainatda olan işləri onların nəfslərinin istəklərinə uyğun olaraq idarə etmiş olsaydı, işlərin sonu nə ilə nəticələnəcəyini və nəyin doğru, nəyin də yanlış olduğunu bilmədikləri üzündən göylər, yer və onların arasında olanların hamısı fəsada uğrayardı. Əksinə, Biz onlara özləri üçün izzətli və şərəfi olanı gətirdik, buda Qurandır. Lakin onlar, Qurandan üz döndərdi.