Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:65
لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُمْ مِنَّا لَا تُنْصَرُونَ
65. Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”
Təfsir
Onlara, Allahın rəhmətindən ümüdlərini kəsmələri üçün belə deyiləcəkdir: "Bu gün fəryad qoparıb, sizə kömək edilməsi üçün yalvarıb-yaxarmayın! Bu gün sizi Allahın əzabından qoruyacaq heç bir yardımçınız yoxdur!"