Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:52
وَإِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ
52. Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
Təfsir
Ey Peyğəmbərlər! Şübhəsi ki, sizin dininiz tək bir din olaraq İslam dinidir. Mən də sizin Rəbbinizəm, sizin məndən başqa Rəbbiniz yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!"