Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:50

وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ

50. Biz Məryəm oğlunu və onun ana­sını bir möcüzə et­dik. On­la­rı əlverişli bir yerdə, çeş­mə axan bir təpədə yer­ləş­dir­dik.

Təfsir

Biz Məryəm oğlu İsanı və onun ana­sını qüdrətimizə dəlalət edən bir ayət et­dik. Məryəm, ona atasız olaraq hamilə qaldı. Biz onların hər ikisini qərar tutub yaşamaq üçün əlverişli olan, çeş­mə axan yüksək bir təpədə yer­ləş­dir­dik.

Oxuyucuda aç - Surəni tam oxu