Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:44

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِقَوْمٍ لَا يُؤْمِنُونَ

44. Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndərdik. Hər dəfə hər hansı bir üm­mətə pey­ğəmbər gəldikdə, onlar onu ya­lançı say­dı­­lar. Biz də onları bir-biri­nin ardınca məhv edib əf­sa­nə­lərə çe­vir­dik. Məhv ol­sun iman gətirmə­yən­ adamlar!

Təfsir

Sonra peyğəmbərlərimizi bir-birinin ardın­ca göndərdik. Hər üm­mətə özlərinə Allah tərəfindən göndərilən pey­ğəmbəri gəldikdə, onlar onu təkzib etdilər. Belə olduqda, Biz də onları bir-biri­nin ardınca həlak edib və həlak edilmiş bu ümmətləri özlərindən sonra gələnlərin onlardan ibrət almaları üçün, Rəbbindən göndərilən peyğəmbərlərin gətirdiklərinə iman etməyən bir toplumun necə həlak edilməsinə dair insanların danışacaqları hekayələrə çe­vir­dik.

Oxuyucuda aç - Surəni tam oxu