Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:27

فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ

27. Biz ona vəhy etdik: “Göz­lərimiz önündə və vəhyimizlə gə­mi­ni düzəlt. Əmrimiz gəl­di­yi və təndir qaynadığı zaman hər can­lı­­dan bir cüt erkək və di­şi, barə­sində söz keçmiş (əley­hinə hökm ve­ril­miş) kəslər is­tisna olmaqla, öz ailə­ni gə­mi­yə mindir. Zalımlar ba­rə­sində Mənə müraciət etmə. Çünki onlar suya qərq oluna­caq­lar.

Təfsir

Biz Nuha belə vəhy etdik: "Gözlərimiz önündə və sənə gəmini necə düzəltmək lazım olduğunu öyrətdiyimiz kimi gə­mi­ni düzəlt. Onların həlak ediləcəyinə dair əmrimiz gəl­di­yi və suyun çörək bişirən təndirdən qaynayıb daşdığı zaman nəslinin davam etməsi üçün hər bir can­lı­­dan bir cüt erkək və di­şi olmaqla gəmiyə qaldır, zövcən və oğlun kimi barə­sində əvvəlcədən hökm ve­ril­miş kəslər is­tisna olmaqla qalan ailəni gə­mi­yə mindir. Küfür etməklə özlərinə zülüm edən zalımların həlakdan qurtulması üçün Mənə əsla müraciət etmə. Çünki onlar mütləq tufan suyunda boğularaq məhv ediləcəklər!" - deyə vəhy etdik.

Oxuyucuda aç - Surəni tam oxu