Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:24

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ

24. Qövmünün kafir zadə­gan­ları de­dilər: “O da sizin ki­mi sa­də­cə bir in­san­dır. Sizə bö­yük­lük etmək istəyir. Əgər Allah elçi gön­dər­mək istəsəydi, mə­lək­lər göndə­rərdi. Biz bunu ulu babalarımız­dan eşitmə­mişik.

Təfsir

Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadə­gan­ları onlara tabe olub, onların ardınca gedənlərə belə de­dilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sa­də­cə sizin ki­mi bir in­san­dan başqa bir şey deyildir. O özünün peyğəmbərlik iddiası ilə sizin üzərinizdə bö­yük­lük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi gön­dər­mək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mə­lək­lərdən bir elçi göndə­rərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitmə­mişik.

Oxuyucuda aç - Surəni tam oxu