Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:21
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
21. Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
Təfsir
Ey İnsanlar! Sizin üçün dəvə, inək və qoyun heyvanlarında Uca Allahın qüdrətinə və sizə bəxş etmiş olduğu lütfünə dəlalət edən bir çox ibrətlər vardır. Biz sizlərə bu heyvanların bətnindən, içənlərin boğazından rahat keçən pak süddən içirdirik. Sizin üçün bu heyvanlarda üzərinə minmək, yunundan və tükündən istifadə etmək və ətindən yemək kimi daha başqa faydalar da vardır.