Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:116

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ

116. Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan baş­qa iba­də­tə layiq olan heç bir mə­bud yox­dur. O, şanlı Ərşin Rəb­bidir.

Təfsir

Yaratdıqlarının sahibi olan və onları istədiyi kimi idarə edən uca Allah, bütün nöqsan və eyiblərdən pak və ucadır. O, Haqq, vədi haqqdır, sözü haqqdır və Ondan başqa ibadətə layliq haqq məbud yoxdur. O, yaradılmışların ən əzəmətlisi olan şanlı Ərşin Rəb­bidir. Kim ən əzəmətli məxluqun Rəbbidirsə, demək O, bütün məxluqatın Rəbbidir.

Oxuyucuda aç - Surəni tam oxu