Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:109
إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
109. Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər.
Təfsir
Həqiqətən, qullarımdan iman gətirən bir dəstə var idi ki, onlar: "Ey Rəbbimiz! Biz Sənə iman gətirdik. Bizim günahlarımızı bağışla və bizə Öz rəhmətinlə mərhəmət et! Sən rəhm edənlərin ən yaxşısısan!"– deyirdilər.