Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:107
رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ
107. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”.
Təfsir
Ey Rəbbimiz! Bizi Cəhənnəm odundan çıxart! Əgər biz bir daha etdiyimiz küfr və günah əməllərə qayıtsaq, o zaman özümüzə zülüm edən və üzrxahlıq etməyə üzrü olmayan kimsələr olarıq".