Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:103

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ

103. Tərəziləri yüngül gə­lən­lər isə öz­lərini ziyana uğra­dan­lar­dır. Onlar Cə­hənnəmdə əbə­di qala­caqlar.

Təfsir

Kimlərin də günahları savablarına üstün gəlməsi səbəbindən tərəziləri yüngül gələrsə, onlar, özlərinə zərər verən şeyləri edib, iman gətirmək və saleh əməllər etmək kimi fayda verən şeyləri tərk etdiklərinə görə öz nəfislərini bədbəxt edən kimsələrdir. O kimsələr, Cəhənnəmdə əbədi qalacaqlar və oradan əsla çıxarılmayacaqlar.

Oxuyucuda aç - Surəni tam oxu