Surə 22 · Cüz 17
Al-Hajj · 22:60
۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنْصُرَنَّهُ اللَّهُ ۗ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ
60. Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, bilsin ki, Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!
Təfsir
Uca Allah bu ayədə, Allah yolunda hicrət edən mühacirlərin Cənnətə daxil olmasını və hər bir kimsənin özünə verilən cəza mislində cəza versinin icazəli olduğunu xəbər vermişdir. Əgər zalim kimsə bundan sonra həddini aşaraq yenə də zülümə əl atarsa, bilsin ki, Allah ona qarşı mütləq məzluma kömək edəcəkdir. Şübhəsiz ki, Uca Allah möminlərin günahlarını əfv edən və onları bağışlayandır!