Surə 22 · Cüz 17
Al-Hajj · 22:58
وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ
58. Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!
Təfsir
Uca Allahın razılığını qazanmaq və dinini ayaqda tutmaq üçün vətənlərini və yurdlarını tərk edib, sonra Allah yolunda cihad edərkən öldürülən və yaxud ölən kimsələri uca Allah Cənnətdə əbədi olan gözəl ruzilərlə ruziləndirəcəkdir. Həqiqətən, uca və pak olan Allah ruzi verənlərin ən xeyirlisidir!